Reznikov dəvət etdi: F-16-nı idarə edə bilənlər...

Ukraynanın müdafiə naziri Aleksey Reznikov F-16 qırıcılarını idarə edə bilən xarici pilotları Ukraynanın müdafiəsinə qoşulmağa dəvət edib.

Sozcu.az xəbər verir ki, Reznikov bunu danimarkalı həmkarı Troels Lund Poulsenlə birgə brifinqdə deyib.

Nazir, həmçinin müvafiq icazələri və sənədləri əldə etmək imkanı olan xarici mütəxəssisləri də Ukraynaya işləməyə dəvət edib:

“Bu, pilotlara da aiddir. F-16-nı idarə etməyi bilən və müharibədə iştirak etməyə hazır olan pilotlar varsa, xarici legion qapını açmağa hazırdır”, - Reznikov bildirib.

Share on Facebook