Ramiz Mehdiyevin səhhəti pisləşdi

Hazırda ev dustaqlığında saxlanılan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ötən gecə səhhəti pisləşib və təcili tibbi yardım çağırılıb.

Sozcu.az Gununsesi.info-ya istinadla xəbər verir ki, dövlətin Təcili Tibbi Yardım Xidmətinə etibar etməyən Ramiz Mehdiyevin ailəsi özəl klinikaların birindən həkim briqadası çağırıb.

İlkin tibbi yardım göstəriləndən sonra Mehdiyevin səhhəti qaydasına düşüb.

Bildirilib ki, Ramiz Mehdiyev tənəffüs yollarındakı problemlərdən əziyyət çəkir.

Qeyd edək ki, R. Mehdiyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsində cinayət məsuliyyətinə cəlb olunub. Onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. R.Mehdiyev dövlət çevrilişinə cəhddə ittiham olunur.

Share on Facebook