Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları arasında ən çox azarkeş toplayan matçlar açıqlanıb.
Sozcu.az xəbər verir ki, 12 qarşılaşmanı ümumilikdə 73 278 tamaşaçı izləyib. “Qarabağ”ın Polşa “Rakov”una səfərdə 2:3 hesabı ilə uduzduğu görüşü 5451 nəfər stadiondan izləyib. Matç bu nəticə ilə 6-cı olub.
Ən çox azarkeşi isə “Servette” (İsveçrə) - “Genk” (Belçika) oyunu toplayıb - 18026 nəfər.
Qeyd edək ki, "Qarabağ"la "Rakov" arasındakı cavab oyunu avqustun 2-də Bakıda keçiriləcək və saat 20:00-da başlayacaq.