Qusar sakini bədbəxt hadisə nəticəsində ölüb.
Sozcu.az xəbər verir ki, hadisə rayonun İmamqulukənd kəndində baş verib.
Belə ki, Məhəmməd Coğrafəddin oğlu Əhmədov Qusar rayonun İmamqulukənd kəndində yerləşən evin ikinci mərtəbəsindəki pəncərəsindən yerə yıxılaraq aldığı xəsarətlərdən ölüb.
Həmin faktla əlaqədar Qusar rayon prokurorluğunda araşdırma aparılır.