Hazırlaşırıq. Yaxşı mübarizə aparmağa çalışacağıq. Yaxşı nəticə əldə etməyi çox istəyirik.
Sozcu.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Napoli” ilə keçiriləcək oyunu şərh edərkən deyib.
53 yaşlı mütəxəssis “Napoli” ilə oyunda əsas heyətlə bağlı ünvanlanan suala cavabında bildirib:
“Hər şey ola bilər. Qarşıdakı günlərdə baxacağıq”.
Qeyd edək ki, "Qarabağ" noyabrın 25-də Çempionlar Liqasının Liqa mərhələsinin V turunda İtaliyada "Napoli"nin qonağı olacaq.
