Qubada ağır qəza: sürücü öldü

Qubada iki avtomobil toqquşub, ölən var.

Sozcu.az-ın Report-a istinadən məlumatına görə, hadisə Quba şəhərinin Əliqulu Nərimanov küçəsində "Opel" və "VAZ-2107" markalı minik avtomobilləri toqquşub.

Nəticədə "Opel"in sürücüsü Natiq Qəhrəmanov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Share on Facebook