Ukrayna Donbasdan qoşunlarını çıxarmayacaq, çünki bu, ölkənin Silahlı Qüvvələrinin müdafiə xəttinin güclü hissəsidir.
Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
"Hətta kimsə Ukrayna Silahlı Qüvvələrinin Donbasdan çıxarılması fikrini dəstəkləsə belə, Putinin davam etməyəcəyinə kim zəmanət verəcək? Heç kim. O, dəfələrlə yalan danışıb, buna görə də biz ona etibar edə bilmərik, biz heç bir halda əraziləri verə bilmərik", - prezident qeyd edib.