Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Abşeron rayonunda qızını qətlə yetirməkdə təqsirləndirilən İftixar Davudovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Sozcu.az-ın əldə etdiyi məlumata görə, hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd: Ötən il iyunun 3-ü saat 12 radələrində Abşeron rayon sakini 1987-ci il təvəllüdlü Jalə Davudovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat verilib.
Aparılan araşdırmalarla zərərçəkmişin atası, 1964-cü il təvəllüdlü İftixar Davudovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Jalə Davudovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən olunub.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
İftixar Davudov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.pravda