İsrailin oktyabrın 7-dən Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 36 min 800-ü keçib.
Sozcu.az xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ötən ilin oktyabr ayının əvvəlindən İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 36 min 801 nəfərə çatıb, 83 min 680 nəfər isə yaralanıb.
Məlumata görə, son 24 saat ərzində İsrail hərbçilərinin fəaliyyəti nəticəsində 70 fələstinli ölüb, daha 150 nəfər isə yaralanıb.