Son iki ay ərzində Qərbi Azərbaycan əyalətində iş qəzalarında ölən və yaralananların sayı açıqlanıb.
Bu barədə "İlna" xəbər agentliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, bu müddət ərzində 7 işçi həyatını itirib, 203 işçi isə yaralanıb.
Əyalətin Tibbi Ekspertiza Mərkəzinin məlumatına görə, ölən və yaralananların əksəriyyəti tikinti sahəsində çalışanlardı və onlar hündürlükdən yıxıldıqlarına görə ölüb və yaralanıblar.
Müstəqil həmkarlar ittifaqları və sinfi fəallar Tibbi Ekspertiza Mərkəzinin verdiyi rəqəmlərin həqiqəti əks etdirmədiyini deyirlər.
Onların fikrincə, ölüm və yaralanma halları rəsmi statistikada göstəriləndən bir neçə dəfə çoxdur.
Fəallar iş yerlərinin çoxunda, özəlliklə tikinti sahəsində təhlükəsizlik qaydalarının tətbiq edilməməsi və işçilərin qoruyucu geyim, avadanlıqlarla təmin olunmamalarını ölüm hallarının çoxalmasındakı əsas səbəblərdən biri kimi göstərirlər.