Nasist təəssübkeşi Qaregin Njdenin təbliği qəbuledilməzdir.
Sozcu.az xəbər verir ki, bunu İsrailin Ermənistan və Moldovadakı qeyri-rezident səfiri Coel Lion “X” hesabında İrəvanda Njdenin şərəfinə yürüşü şərh edərkən yazıb.
“2024-cü il yanvarın 1-də İrəvanda “Sieg Heil” şüarı altında keçirilən yürüşdən çox narahatam. Nasist təəssübkeşi Qaregin Njdenin təbliği qəbuledilməzdir. Hakimiyyət neonasizmin və antisemitizmin bütün formalarına qarşı qəti mövqe tutmalıdır”, - o yazıb.
Qeyd edək ki, İrəvanda neonasistlər faşist Reyxi ilə əməkdaşlıqda günahlandırılan erməni nasist Qaregin Njdenin doğum günü şərəfinə yürüş keçiriblər.