Qarda yeriyərkən nələrə diqqət etməli?

Yıxılma, burxulma və sürüşmə anında necə hərəkət lazım olduğunu, sınıq və çatlar zamanı ilkin müdaxiləni necə edəcəyinizi bilmək istəyirsinizə bu yazı sizin axtardığınızdır. Ortopediya və Travmotologiya mütəxəssisi prof. Can Hürel qarda yeriyərkən etməniz lazım olanlardan danışıb.

Sozcu.az Qadinklubu.com-a istinadən həmin mələhətləri təqdim edir.

Qarda necə hərəkət etməli?

Əvvəlcə əlləri cibə qoymamağa çalışın. Çünki bu cür hardansa tuta bilməz və tarazlığı saxlaya bilməzsiniz. Hava nə qədər soyuq olursan, olsu əlləri cibə qoymamaq lazımdır. Həmçinin, əlinizdə çanta, torba daşımamağınız məsləhətdir. Bu, həm tarazlığı saxlamaq, həm də yıxılarkən əllərinizlə özünüzü saxlamaq üçün lazımdır. İstifadə etdiyiniz ayaqqabıların altı da sürüşkən olmamalıdır. Qarda, buzda yerimək üçün mismarlı rezinlərdən də itifadə edilə bilər. Qarlı havada yoxuşda yeriməməyə çalışın. Yaşlı insanların isə tək gəzməməsi lazımdır. Çünki sürüşüb yııxlma ehtimalı çoxdur. Yoxuşlara, nərdivanlara diqqət etmək lazımdır. Mütləq hamı qarşısına baxaraq, buzlu, sürüşkən yerlərdə diqqətli olmalıdır.

Yıxıldıqda necə hərəkət etməli?

Yıxıldığınız zaman dəyən, əzilən hissəni gücə salmayın. Yeriyə bilmirsinizsə təcili tibbi yardım, yəni 103 zəng edin və ya ətrafdakı insanlardan kömək istəyin. Əzilən, dəyən hissəni hümdürdə saxlayıb şişməməsinin qarşısını alın. Mümkündürə, soyuq nəsə qoyub şişməməsini təmin edin və tez xəstəxanaya getməyə çalışın. Qırıq varsa mütləq həkimə gedin. Müvəqqəti olaraq isə karton, pol ağacı ilə qırıq olan hissəylə paralel qoymaq ağrını azaldacaq.

Qırıq və ya çat olduğunu necə bilməli?

Qırıq və ya çat oldğunu bilmək çox çətindir. Ancaq rentgendən keçməklə dəqiq bilmək olar. Üstünə basıb gəzə bilirsinizsə,  “çox ağrı yoxdursa, burada vacib bir şey yoxdur” fikri yanlışdır. Çünki ağrılar hər insanda fərqli ola bilər. Xüsusilə, yaşlılarda yaranan çatlar ilk rentgendə görünməyə bilər. On gün onra çəkilən rentgendə qırıqlar aydın görünür. Belə olduqda diaqnoz tam qoyula bilər. Təmkili olmaqda fayda var.

Share on Facebook