“Qarabağ”ın adı elə bizim üçün motivasiyadır. Fərqli bir oyun olacaq. Çünki komandalar fərqli bir tapşırığı yerinə yetirəcək”.
Bu sözləri Qol.az-a açıqlamasında “Səbail”in baş məşqçisi Şahin Diniyev deyib.
Misli Premyer Liqasının 34-cü turunda “Səbail”lə qarşılaşacaq “Qarabağ” qalib gələcəyi halda sona 2 tur qalmış çempionluğunu rəsmiləşdirəcək. “Səbail” üçün isə bu görüş Premyer Liqada qalmaq baxımından vacibdir. Paytaxt klubunun çalışdırıcısı oyun öncəsi fikirlərini bölüşüb. O, Ağdam təmsilçisinin aşkar favorit olduğunu, bununla belə meydana qələbə üçün çıxacaqlarını bildirib:
“Qarabağ” maksimum vəzifəyə çatmaq, sona iki tur qalmış çempionluğunu təmin etmək istəyəcək. Acınacaqlıdır ki, biz bu oyunda uğurla çıxış edib yerimizi qorumağa çalışacağıq. Məncə, hər iki komanda bu oyunda vuruşacaq. Güzəştsiz bir matç olacaq. Bəli, oyundan əvvəl faktlara baxanda “Qarabağ”ın “Səbail” önündə böyük üstünlükləri var. Ancaq futbolda proqnoz vermək çox çətindir. Hər üç nəticə qeydə alına bilir. Bizim də itirəcəyimiz bir şey olmadığı üçün bu görüşə final matçı kimi yanaşırıq. Təbii ki, “Qarabağ” favoritdir, bu qaçılmazdır. Biz isə “Qarabağ”a mane olmaq üçün əlimizdən nə gəlirsə, edəcəyik. Bizi maraqlı oyun gözləyir. Hər iki tərəf üçün vacib görüşdür”.
Qeyd edək ki, sabah keçiriləcək "Səbail" - "Qarabağ" oyunu saat 20:30-da başlayacaq.