Qarabağ erməniləri Azərbaycan nümayəndələri ilə görüşmək istəyir

Qarabağ ermənilərinin nümayəndələri Azərbaycan tərəfinə görüş keçirilməsi ilə bağlı təklif ünvanlayıblar.

Bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.

Məlumata görə, Qarabağ erməniləri sözügedən təklifi Azərbaycan ərazilərində müvəqqəti olaraq yerləşdirilən Rusiya sülhməramlı kontingenti vasitəsilə ediblər.

Xatırladaq ki, Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib. Bu məqsədlə martın 1-də Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb./Qafqazinfo

Share on Facebook