“İzmir Cup – 2023” turnirinin qrup mərhələsinin 4-cü turunun oyunları keçirilib.
Sozcu.az xəbər verir ki, “Qarabağ”ın U-12 komandası Almaniyanın “Ayntraxt” (Frankfurt) klubu ilə qarşılaşıb. Qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qələbə qolunu Həsən Mürşüdzadə vurub.
"Qarabağ" bu gün “Başakşəhər”, “Altınordu”, “Manisa” və “Portu” klubları ilə də qarşılaşacaq.
"Neftçi" isə bu gün Türkiyə təmsilçisi "Beşiktaş"la qarşılaşıb və Sübhan Əlizadənin son dəqiqə qolu ilə qalib gəlib - 1:0.
Qeyd edək ki, "Qarabağ" ilk oyun günündə "Ayaks" və "Srvena Zvezda"ya uduzub (hər iki oyun - 0:2), "Boluspor"la heç-heçə edib. "Neftçi" isə turnirdə ilk matçında İtaliya “Yuventus”u ilə qolsuz heç-heçə edib. Türkiyənin “Girəsunspor” komandasına 1:0 hesabı ilə qalib gələn “Neftçi” günün son matçında Almaniya “Şalke”sinə eyni hesabla uduzub – 0:1.