"Mənim qəddar düşmənlərim olan Türkiyə ilə Azərbaycan arasında oyun oynayan, Dağlıq Qarabağ savaşında heç nə etməyən və məni pis vəziyyətdə qoyan Putin nəyimə lazımdır ki?.."
"Çin aktiv hərəkətə keçib və Rusiyanın ənənəvi təsir zonası olan Mərkəzi Asiya ilə yeni müdafiə qurumu Putin üçün qara işarədir..."
Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, İrəvan Moskvanın kuratorluq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxa bilər.
Sozcu.az xəbər verir ki, bu barədə Amerikanın "Newsweek" jurnalı məlumat verib və erməni liderinin getdikcə Kremldən daha da uzaqlaşdığını vurğulayıb.
"Mən Ermənistanın KTMT-dən de-yure çıxması və ya onun üzvlüyünün dondurulması imkanını istisna etmirəm", - Paşinyan bəyan edib.
"KTMT altı ölkənin hərbi ittifaqıdır və NATO-nun qısaldılmış versiyası ilə müqayisə edilir. Bu yaxınlarda bu blokun gələcəyi barəsində Paşinyanın dedikləri Rusiya prezidentinə ictimai narazılığı ifadə edib", - jurnal yazıb.
Ermənistanla Rusiya uzun müddətdir ki, müttəfiq olub. Son zamanlar ölkələr arasında yaranan gərginliyi izah edərkən Paşinyan qonşu Azərbaycanla davam edən münaqişədə Putin tərəfindən dəstəyin olmadığına istinad edib.
"Newsweek" xatırladıb ki, 2020-ci ildə bir neçə həftə davam edən müharibədən sonra 2021-ci ildə Ermənistan Azərbaycanı qoşunlarının, guya, onun ərazisinə keçməsində ittiham edib və KTMT tərəfindən bunun pislənilməsini uğursuzcasına tələb edib.
Ukraynalı hərbi ekspert Aleksey Arestoviç rusiyalı hüquq müdafiəçisi Mark Feyqinlə söhbətində əmin edib ki, Ermənistanın və KTMT-nin digər ölkələrinin tənqidi, əslində, Çinlə bağlıdır.
Arestoviç bəyan edib ki, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderlərinin ötən həftə Pekində keçirilən "Çin-Mərkəzi Asiya" sammitinə səfərləri gedişində iqtisadi məsələlərlə yanaşı, Çinin Mərkəzi Asiya ölkələri ilə yeni müdafiə qurumunun yaradılması imkanı da müzakirə edilib.
"Paşinyan söhbətin nədən getdiyini gözəl anlayır. O, görür ki, Çin təkcə yumşaq güclə hərəkət etməyə deyil, həm də özünün iqtisadi və siyasi təsirini hərbi yolla təmin etməyə hazırdır (müharibə etməklə deyil, yeni müdafiə qurumları yaratmaqla)", - Arestoviç izah edib.
Onun sözlərinə görə, Paşinyan məntiqlə düşünür": "Mənim qəddar düşmənlərim olan Türkiyə ilə Azərbaycan arasında oyun oynayan, Dağlıq Qarabağ savaşınsa heç nə etməyən və məni pis vəziyyətə salan Putin nəyimə lazımdır ki?..".
"Rusiya Putin dönəmində çox sürətlə zəifləyir. Və Çin aktiv hərəkətə keçib. Rusiyanın ənənəvi təsir zonası olan Mərkəzi Asiya ilə yeni müdafiə qurumu Putin üçün qara işarədir", - Arestoviç vurğulaylıb.