ABŞ Prezidenti Donald Tramp hələ də Ukraynadakı müharibənin diplomatik yolla həlli üçün təzyiq rıçaqlarına malikdir.
Sozcu.az xəbər verir ki, bunu ABŞ-ın NATO yanında daimi nümayəndəsi Metyu Uitaker bildirib.
Onun sözlərinə görə, əgər Kreml rəhbəri Putin atəşkəsə razı olmasa, artıq gələn həftədən etibarən ABŞ-ın Rusiyaya və onunla biznes quran ölkələrə qarşı sərt sanksiyaları qüvvəyə minəcək.
Uitaker əlavə edib ki, Putin nefti Hindistana, Braziliyaya və Çinə satır, buna görə də bu ölkələr də Rusiya ilə əməkdaşlığa görə ciddi nəticələrlə üzləşəcəklər.
“Rusiyanın dostu qalmayacaq. Onun ticarət tərəfdaşları olmayacaq. Və müharibəni maliyyələşdirmək imkanları tükənəcək”, – Uitaker qeyd edib.
O qeyd edib ki, atəşkəsə nail olmaq lazımdır və bunu yalnız diplomatiya və danışıqlar vasitəsilə əldə etmək mümkündür. Uitaker hər iki tərəf üçün ideal şərtlər görmədiyini deyib, lakin bu, Ukrayna və Rusiyanı qan tökməni dayandırmaqdan çəkindirməməlidir.