Rusiya diktatoru həbsinə order veriləndən sonra ehtiyat tədbirləri görüb...
Rusiya diktatoru Vladimir Putin Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən onun həbsinə order verilməsindən əməlli başlı qorxuya düşüb.
Sozcu.az xəbər verir ki, bu barədə Strateji Kommunikasiyalar Mərkəzi məlumat verib. Məlumatı "unian.net" nəşri yayıb.
Qeyd edilir ki, son zamanlar müxtəlif "qeyri-rəsmi səbəblərdən" Türkiyə Cümhuriyyəti və Cənubi Afrika Respublikasına Putinin əvvəlcədən anons edilən iki səfəri pozulub.
"Cənubi Afrika Respublikası ilə vəziyyətlə bağlı hər şey aydındır. Bu ölkə Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanıyır və Rusiya prezidentini həbs etməyə borcludur.
Amma Türkiyə Cümhuriyyəti Roma Nizamnaməsini qəbul etməyib. Lakin Kreml özünü sığortalamaq qərarına gəlib", - Strateji Kommunikasiyalar Mərkəzi məlumat verib.
Bu, Putinin öz həbsinə verilən orderdən qorxduğunun tək əlaməti deyil. Belə ki, aprelin 18-də Rusiya Dövlət Dumasının təcili surətdə qəbul etdiyi qərara uyğun olaraq rusiyalılar Beynəlxalq Cinayət Məhkəməsinə Putinin tutulmasında yardıma görə 5 il müddətinə həbs cəzasına məhkum ediləcək.
"Bütün bunlar onu göstərir ki, Putin həbs olunmasından çox qorxur və həqiqətən bunu gerçək təhlükə kimi qəbul edir", - Strateji Kommunikasıyalar Mərkəzi bəyan edir.
Putinin həbsinə order
Xəbər verildiyi kimi, martın ortalarında Beynəlxalq Cinayət Məhkəməsi prezident Vladimir Putinin və Rusiyanın uşaq ombudsmanının həbsinə order verib.
Hər ikisi ukraynalı uşaqların kütləvi şəkildə oğurlanmasında şübhəli bilinib.
Rusiya bəyan edib ki, Beynəlxalq Cinayət Məhkəməsinin qərarları onun üçün heç bir əhəmiyyət kəsb etmir, çünki Rusiya Federasiyası Roma Nizamnaməsinin iştirakçısı deyil.
Lakin Putinin həbsinə verilən orderi Nizamnaməni imzalamış digər ölkələr, o cümlədən Cənubi Afrika Respublikası icra etməlidir.