"Putin rejimi devrilən kimi Cənubi Qafqazda Azərbaycanla Ermənistan arasında barışıq perspektivləri yaranacaq".
Sozcu.az xəbər verir ki, bunu Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili özünün "Twitter" mikrobloqunda yazıb .
“Putin rejimi devrilən kimi Gürcüstanda hakimiyyət dərhal dəyişəcək, Cənubi Qafqazda Azərbaycanla Ermənistanın barışıq perspektivləri yaranacaq. Ona görə də çox tezliklə biz tamamilə fərqli, vahid Cənubi Qafqaza sahib olacağıq və eyni zamanda (bununla) qalib Ukraynaya və bütün Avropaya çıxış imkanı ilə bütün Qafqazı birləşdirməyin yollarını axtarmalıyıq”,- deyə hazırdaGürcüstanda həbsdə olan siyasətçi yazıb.
Saakaşvili öz postunda qeyd edib ki, Rusiyada baş verən son hadisələr (silahlı çevriliş cəhdi) hökumətin “həddindən artıq zəifliyini” göstərib, ona görə də Saakaşvilinin fikrincə, ayağa qalxmağın vaxtı çatıb.
“Köhnələri bərpa edin və yeni müqavimət hüceyrələri yaradın, diaspor və təbii ki, Ukrayna vasitəsilə əlaqələrinizi aktivləşdirin, demokratik dünyanı Şimali Qafqaz xalqlarının müstəqilliyinə hazırlamağa birlikdə çalışaq. Biz bir-birimizlə körpülər qurmalıyıq ki, Rusiyanın parçalanması prosesi mümkün qədər qeyri-zorakılığa çevrilsin və gələcəkdə münaqişələrdən qaçınılsın". deyə eks-prezident vurğulayıb.
Həmçinin Saakaşvili Kiyevdə Azad Qafqaz Təşkilatının daimi katibliyinin yaradılmasını təklif edib.