Arzu Sahib qızı Cavadova Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.
Sozcu.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə İsmayıl Fikrət oğlu Zərgərli Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin olunub.
Dövlət başçısının digər bir sərəncamı ilə Babək Elbəniz oğlu Hüseynov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.
Prezident həmçinin Əfqan Elçin oğlu İsayevin də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilməsi haqqında sərəncam imzalayıb.
Bu gün həmçinin Anar Fərruh oğlu Məmmədov da Azərbaycan Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin olunub.
Dövlət başçısının digər bir sərəncamı ilə Fuad Bəkir oğlu Musayev də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.
Bu gün həmçinin Ziba Tacəddin qızı Mustafayeva da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.