Prezident Mehdiyevin general oğlunu vəzifədən azad etdi

Teymur Mehdiyev fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edilib.

Sozcu.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən general-mayor Teymur Mehdiyevin vəzifəsindən azad olunması təsdiqlənib.

Qeyd edək ki, Teymur Mehdiyev Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin oğludur.

Share on Facebook