Pentaqon rəhbəri Lloyd Ostin gözlənilmədən Kiyevə səfər edib.
Sozcu.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Bildirilib ki, L.Ostin Vaşinqtonun ABŞ-da keçiriləcək prezident seçkiləri ərəfəsində Kiyevi dəstəkləməyə sadiq olduğunu nümayiş etdirmək niyyətindədir.
O, Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi məsələsini müzakirə edəcək.