"Paytaxt Əbdülhəmid”in aktyoru Bakıda

Türkiyənin məşhur aktyoru, “Paytaxt Əbdülhəmid” (Payitaht Abdülhamid) serialında Tahsin paşa obrazı ilə ürəkləri fəth edən Bahadır Yenişəhirlioğlu Bakıda səfərdədir.

Sozcu.az xəbər verir ki, mənəvi söhbətləri ilə daim diqqət çəkən aktyor “İftar öncəsi” başlıqlı görüşü ilə sevənlərinin qarşısına çıxacaq.

B.Yenişəhirlioğlu Ramazan ayının mənəvi söhbətləri, Mövlana şeirləri və La Tahzen (üzülmə) mövzularında çıxış edəcək.

Fəlsəfi fikirləri ilə gündəmdə olan Yenişəhirlioğlu gələn qonaqlara öz dilindən xüsusi Ramazan duası da oxuyacaq.

“Excevent” şirkətinin və "Beylimedia"nın təşkilatçılığı ilə təşkil olunacaq tədbir bu gün saat 16:00-da “Badamdar Estates” (Əvvəlki adı “Pulman Otel”) otelin konfrans zalında keçiriləcək.

Share on Facebook