"Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu (Əsasnamə) tam ratifikasiya edir".
Sozcu.az erməni mediasına əsasən bildirir ki, bunu baş nazir Nikol Paşinyan Milli Assambleyada hökumət saatı zamanı deyib.
“Hökumət Roma Əsasnaməsini Milli Assambleyaya göndərdi və mənim mövqeyimə və fraksiyamızın mövqeyinə görə, o, tam təsdiqlənəcək. Bunun Ermənistan-Rusiya münasibətləri ilə heç bir əlaqəsi yoxdur, bu, Ermənistanın təhlükəsizlik məsələlərinə aiddir”, - Paşinyan bildirib.
2022-ci ilin sonunda Ermənistan Nazirlər Kabineti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statunun ratifikasiyası prosesinə başlayıb. 2023-cü ilin martında Ermənistan Konstitusiya Məhkəməsi Roma Əsasnaməsinin ölkənin əsas qanununa uyğun olduğunu tanıyıb.
Bundan əvvəl sənədin ratifikasiya olunacağı təqdirdə Rusiya Prezidentinin Ermənistana daxil olarkən həbs ediləcəyi ilə bağlı məlumatlar yayılıb.
Bu addımın təkrarən aktuallaşması Paşinyan hokumətinin Putinə şantajı kimi qəbul oluna bilər. Mesaj aydındı: Putin İrəvana gəlsə, qandallanacaq...
Bu da o deməkdir ki, Paşinyan hökuməti Rusiya ilə bütün körpüləri yandırmağa hazırdır...
Arayış: Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsi (ing. Rome Statute of the International Criminal Court) — 15 iyun 1998–17 iyul 1998 tarixləri arasında Birləşmiş Millətlər Təşkilatı Konfransının, İtaliyanın paytaxtı Romada qəbul etdiyi Beynəlxalq Cinayət Məhkəməsinin Qurulması haqqında statusdur. Beynəlxalq müqavilələrə tez-tez status deyilir və bu sənəd gündəlik istifadədə Roma Əsasnaməsi adlanır. Sazişin qəbuluna 160 səs verilmişdi; 120 lehinə, 21 bitərəf, 7 əleyhinə olmaqla səs çoxluğu ilə qəbul edilmişdi.
Roma Statutunun təsir dairəsi dörd əsas beynəlxalq cinayətlə formalaşır: soyqırım, insanlığa qarşı cinayətlər, müharibə cinayətləri və təcavüz cinayətləri. Bu cinayətlərə heç bir məhdudiyyət tətbiq olunmur. Roma Statutuna əsasən, Beynəlxalq Cinayət Məhkəməsi, dövlətlərin özlərinin həll etməkdə çətinlik çəkdiyi və müdaxilə etmək istəmədiyi vəziyyətlərdə yalnız dörd əsas beynəlxalq cinayətin araşdırmasını apara bilər; məhkəmənin yurisdiksiyası yerli məhkəmələrin səlahiyyətləri ilə ziddyyət təşkil etmir. Məhkəmə yalnız cinayətlərin hər hansı iştirakçı dövlətin ərazisində və ya iştirakçı dövlətin vətəndaşı tərəfindən törədildiyi təqdirdə səlahiyyətlərə malikdir; İstisna olaraq, BCM-nin yurisdiksiyası Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən icazə verildiyi təqdirdə, bəzi beynəlxalq cinayətlərə də aid ola bilir.Musavat.com