Paşinyan: İranla sərhədə 100% özümüz nəzarət edirik

Ölkə öz sərhədlərini qorumalıdır, lakin bu o demək deyil ki, o, başqa ölkələr və təşkilatlarla əməkdaşlıq edə bilməz.

Sozcu.az Armenian News-a istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 31-də keçirdiyi mətbuat konfransında deyib.

“Biz artıq Ermənistanın İran və Türkiyə ilə sərhədində birgə xidmət həyata keçiririk və "Zvartnots" hava limanında özümüz xidmət göstəririk. İranla sərhəd məntəqəsi 100% erməni sərhədçilərinin nəzarətindədir və Ermənistan sərhəd qoşunları da bu ərazidə xidmətə başlayıb. Bu proses davam edəcək”, - deyə o qeyd edib.

Paşinyan bunu iki ölkə arasında iradə məsələsi adlandırıb: “Hazırda biz birgə xidmət həyata keçiririk və istisna etmirəm ki, bu birgə xidmətin əhatə dairəsi genişlənəcək”.

Share on Facebook