Partlayış mənzillərə ziyan vurdu – FOTO

Nərimanov rayonunda “AFEN Plaza” biznes mərkəzində baş verən partlayışın təsirindən ofisin yaxınlığında yerləşən tikililərə zərər dəyib.

Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə səbəbindən plazanın qarşısında yerləşən yaşayış binasındakı ev və obyektlərdən biri ziyan görüb.

Belə ki, partlayışa görə evlərin pəncərələri qırılıb.

Share on Facebook