Pakistanda terror: ölənlər var

Pakistanda kamikadzenin avtomobil dayanacağında törətdiyi partlayış nəticəsində ölənlərin sayı 15-ə çatıb.

Sozcu.az xəbər verir ki, bu barədə Bəlucistanın səhiyyə naziri Baxt Məhəmməd Kakar deyib.

Nazir bildirib ki, güclü təhlükəsizlik tədbirləri görüldüyü üçün kamikadze aksiyanın keçirildiyi yerə çata bilməyib.

Partlayış Bəlucistan Milli Partiyasının mitinqinin keçirildiyi yerin yaxınlığında baş verib. Hadisə zamanı 38 nəfər yaralanıb.

Share on Facebook