Pakistanda bombalı hücum: ölü və yaralılar var

Pakistanın cənub-qərbində bomba yüklü motosikletin partlaması nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

Sozcu.az xəbər verir ki, bu barədə AP polisə istinadən məlumat yayıb.

Partlayış əyalətin paytaxtı Kvetta ilə qonşu Sind əyalətinin Karaçi liman şəhərini birləşdirən əsas magistral yolda yerləşən Xuzdarda baş verib.

Yerli polis komissarının müavini Məhəmməd Arif Zarkon yaralananlar arasında bir qadın və iki polisin olduğunu bildirib.

Share on Facebook