Pakistan ordusu Əfqanıstan sərhədinə yaxın Kurram rayonunda keçirdiyi əməliyyat zamanı 23 silahlını öldürdüyünü açıqlayıb.
Sozcu.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” məlumat yayıb.
Məlumata görə, öldürülənlər Pakistan Talibanı kimi tanınan "Təhrik-i Taliban-i Pakistan" (TTP) və ona bağlı qrupların üzvləri olub.
