Pakistan İrana zərbələr endirdi - Ölənlər var

Pakistan səhər saatlarında “Marg Bar Sarmachar” adlı antiterror əməliyyatı keçirib. 

Sozcu.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Əməliyyat çərçivəsində İranın Sistan və Bəlucistan əyalətində yerləşən terrorçu sığınacaqlarına zərbələr endirilib. Hava zərbələrinin yüksək koordinasiyalı və dəqiq hədəflənmiş olduğu qeyd edilib. 

"Mövcud kəşfiyyat məlumatlarına əsasən, həyata keçirilən "Marg Bar Sarmachar" kod adlı əməliyyatda, bir neçə terrorçu məhv edilib”, - məlumatda vurğulanır. 

Share on Facebook