Məktəbəqədər təhsil müəssisələrində çalışan şəxslərin minimum bakalavr təhsili səviyyəsində hazırlanması əsas məqsəddir.
Sozcu.az xəbər verir k, bunu Elm və təhsil naziri Emin Əmrullayev "Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı deyib.
Nazir hesab edir ki, yaxın gələcəkdə bununla bağlı dəyişiklik barədə məlumat vermək mümkün olacaq:
“Gələcəkdə orta ixtisas təhsilli mütəxəssislərin bağçalarda işləməsinə icazə verilməyəcək. Biz artıq ümumi təhsildə orta ixtisaslı mütəxəssislərin fəaliyyətini dayandırmışıq. Bu, məktəbəqədər təhsildə də olacaq. Bu vaxta qədər işə qəbul olunmuş orta ixtisaslı şəxslər çalışacaq. Onların fəaliyyətinə heç bir müdaxilə edilməyəcək.