Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev öldüyü, həyat yoldaşı əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva və Xalq artisti Mehriban Zəkinin xəsarət alması ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci(yol istismar qaydalarını pozma, zərərçəkmişin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Qeyd edək ki, qəza bu gün saat 18 radələrində Abşeron rayonu Saray qəsəbəsində qeydə alınıb.
Oqtay Əliyevin idarə etdiyi “Toyota" markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb.
Qəza zamanı Oqtay Əliyev ölüb. Avtomobildə olan Xalq artisti Mehriban Zəki və əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə xəsarətlər alıb.
Hazırda yaralılar Sumqayıt Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.APA