"İşğalçılar bütün cəbhə boyunca hər iki gündən bir əsir düşür, bu zaman öz texnika və döyüş sursatlarını da təhvil verir..."
"Buna səbəb cəbhədəki itkilər və USQ-nin əkshücumu gözləntiləridir..."
Rusiyalılar kütləvi şəkildə ukraynalılara əsir düşür: mart ayının statistikası bütün rekordları geridə qoyub
Məqsədi rusiyalı hərbçilərə əsir düşməyə kömək etmək olan Ukraynanın "Yaşamaq istəyirəm" dövlət layihəsinin nümayəndəsi Vitali Matviyenko məlumat verib ki, işğalçıların sıralarında xeyli itkilər və Ukrayna müdafiə qüvvələrinin əkshücumu gözləntiləri fonunda rusuyalı hərbçilər getdikcə daha tez-tez əsir düşür. Onun məlumatına görə, ötən ay layihəyə edilən müraciətlərin sayı rekord həddə çatıb.
Sozcu.az xəbər verir ki, bu barədə "liga.net" nəşri yazıb.
Matviyenko qeyd edib ki, bu, Ukrayna Silahlı Qüvvələrinin əkshücumu gözləntiləri, habelə cəbhədə Rusiya qoşunlarının itkilərinin artması və bilavasitə Rusiya ordusunda mənəvi-psixoloji vəziyyətin pisləşməsi ilə bağlıdır.
"Müraciətlərin sayına gəldikdə, mart ayında rekord göstərici-3 mindən artıq müraciət qeydə alınıb, bu da 2022-ci ildəkindən iki dəfə çoxdur. Oktyabr və dekabr aylarında orta hesabla hər ay 1400-1500 müraciət qeydə alınıb. Yanvar-mart aylarında bu rəqəm 2500-dək artıb.
Ekspert vurğulayıb ki, rusiyalı hərbçilər əvvəlkitək bütün cəbhə boyunca əsir düşür və bu, hər iki gündən bir baş verir. İşğalçılar həm tək-tək, həm də qruplarla əsir düşür.
Onlar həmçinin öz texnika və döyüş sursatlarını təhvil verir, bu da Rusiya üçün təhlükəli ola bilər. Rusiyanın "maraqlı" ağır zirehli texnikasının bəzi nümunələrinin artıq cəbhədə Ukrayna tərəfində Rusiya ordusuna qarşı işlədiyi barədə informasiya var.
Rusiya qonşu ölkənin ərazilərini zəbt etmək cəhdlərini davam etdirir, bu da Ukraynanın şərqində zorakılığa və münaqişənin alovlanmasına gətirib çıxarır.
Ukrayna müdafiə qüvvələri rusiyalı işğalçılarla mübarizəni davam etdirir, öz hərbçilərinin həyatı bahasına öz Vətənini müdafiə edir.
Beynəlxalq birlik Rusiyanı təcavüzə son qoymağa və ilk növbədə qoşunlarını Ukraynanın dünya tətəfindən tanınmış sərhədlərinədək çıxarılması yolu ilə münaqişənin dinc həllinə çağırış edir.