ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen 10-12 iyun tarixləri arasında Ermənistana səfər edəcək.
Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Səfər çərçivəsində C.Obrayen Ermənistan rəhbərliyi ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcək. Eyni zamanda o, İrəvan və Bakı arasında sülh müqaviləsi məsələləri barədə fikir mübadiləsi aparacaq.