Musavat.com xəbər verir ki, “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu TV Müsavat-ın canlı efirin qonağı olub.
Ərəstun Oruclu bildirib ki, Azərbaycandan İrana müalicə üçün gedən vətəndaşlarımızın sayı həddindən çoxdur və onların bəziləri bu səbəbdən də İran agentinə çevrilib.
"Müalicə üçün pulu çatmayan birinə yardım edib onun rəğbətini qazanmaqla əməkdaşlığa cəlb edirlər. Terror və ya kəşfiyyat əməkdaşlığı düşünürlər ki, ya təhdid, ya da pul qarşılığında baş tutur, xeyr, bu, hər zaman belə olmur, insanın beyininə təsir edirlər", - Ərəstun Oruclu deyib.
Ətraflı: