"Nə qədər ki, ABŞ mövcuddur, İsrail tənha qalmayacaq" - Entoni Blinken

"7 oktyabrdakı status-kvoya dönüş ola bilməz, bu, İsrail üçün qəbuledilməzdir..."

"Biz eskalasiyanın və münaqişənin Yaxın Şərqin digər rayonlarına yayılmasının qarışını almalıyıq..."

"Mən fələstinli uşaqların gözlərinə baxanda öz övladlarımı görürəm..."

"HƏMAS-ın oktyabrın 7-də hücumundan bir neçə gün sonra mən prezident Baydenlə birgə İsrailə gələrək, bəyan etmişəm ki, nə qədər ki, ABŞ mövcuddur, İsrail tənha qalmayacaq".

Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken Təl-Əvivdə görüşlərinin yekunu ilə bağlı bəyanatında deyib. Məlumatı "mignews.com" nəşri yayıb.

Mən İsrailə dördüncü səfərim zamanı bunu bütün görüşlərimdə təkrarlayıram və İsrailin özünü müdafiə etmək hüququ və vəzifəsini dəstəklədiyimizi aydın şəkildə anladıram. Buraya İsrailə yardım və Qəzzaya humanitar yardım üzərində işlədiyimizi də əlavə etmək lazımdır.

Heç bir ölkə öz vətəndaşlarının qətlə yetirilməsi ilə barışmamalıdır. Bu gün mən İsrail hökuməti tərəfindın bəzilərinin terrorçuların kameralarından, bəzilərinin isə hücuma məruz qalmış yaşayış məntəqələrindən toplanmış əlavə materiallarla tanış olmuşam. Bunlar insan imkanlarının hüdudlarından kənardır.

Qəddarlıq heyrət doğurur. Çoxları oktyabrın 7-də 35 amerikalı, 35 digər ölkədən 200-dən artıq xarici vətəndaşın qətlə yetirildiyini çox tez unudub.

Mən israilli və fələstinlilərin başqa gələcəyinin olması, faciədən sonra regionun daha yaxşı gələcəyinin olması ümidilə buna qayğı göstərmək üçün yenidən buradayam.

Biz eskalasiyanın və münaqişənin Yaxın Şərqin digər rayonlarına yayılmasının qarşısını almalıyıq. Biz istənilən hücumu dayandırmaq və buna cavab vermək üçün bütün zəruri olanları edəcəyik.

ABŞ İranın regionda proksilərinə cavab verməkdə davam edəcək. Bizim regiondakı tərəfdaşlarımız eskalasiyanın qarşısını almaqda mühüm rol oynamalıdır.

Biz Fələstin əhalisinə ziyan vurmamaq üçün daha çoxunu etməliyik. Onlar humanitar fəlakətdə qalsalar, sülh üçün tərəfdarlar olmayacaq.

Mən həmçinin Qəzza bölgəsində fələstinli uşaqların fotoşəkillərini görmüşəm. Mən bunu görəndə və onların gözlərinə baxanda öz övladlarımı görürəm. 

HƏMAS Fələstin xalqının rifahı üçün qətiyyən qayğı göstərmir, o, riyakarcasına onlardan canlı qalxan kimi istifadə edir. Lakin vətəndaşlar onların insanlıqdan kənar hərəkətlərinə görə məsuliyyət daşımamalıdır.

Biz İsrailə dinc sakinlərin ölümünü necə minimuma endirmək barədə məsləhətlər vermişik. Biz ata biləcəyimiz mümkün addımlardan danışmışıq.

O zamandan biz Misirlə humanitar yardım barəsində razılıq əl etmilik, "Rafiah" nəzarət-keçid məntəqəsindən yüklərin daşınmasını artırmışıq, lakin bunlar yenə də kifayət deyil. Mən İsrail rəhbərliyi ilə humanitar yardımın artırılması üçün hansı addımların atılması barədə danışmışam.

Biz Qəzza bölgəsinin cənubundakı xəstəxanaya yanacağın çatdırılması mexanizmini müzakirə etmişik. İsrail yanacağın HƏMAS tərəfindən istifadə edilməsi ilə bağlı əsaslı narahatlığını ifadə edib.

Biz belə mexanizmi müəyyən etmişik, amma İsrailin yenə də narahatlığı var və biz bunu bölüşürük. Biz bunu regiondakı tərəfdaşlarımızla da müzakirə edəcəyik".

ABŞ Dövlət katibi həmçinin bəyan edib: "7 oktyabrdakı status-kvoya dönüş ola bilməz. Bu, İsrail üçün qəbuledilməzdir və heç kim tərəfindən qəbul edilə bilməz, HƏMAS-ın hökumət olaraq qalması və İsrailə və onun vətəndaşlarına təhlükə törətməsi ideyası da qəbuledilməzdir".

Onun sözlərinə görə, digər tərəfdən, İsrail Qəzza bölgəsi üzərində məsuliyyəti və nəzarəti öz üzərinə götürə bilər. İsrail anladıb ki, bunu etməyə onun nə istəyi, nə də niyyəti var", - Blinken deyib.

Share on Facebook