Nazirlik Müsavat Partiyasını qeydiyyata almaqdan imtina etdi

"Ədliyyə Nazirliyindən partiyanın yenidən qeydiyyatı ilə bağlı mənfi cavab aldıq". 

Sozcu.az xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib.

Onun sözlərinə görə, nazirlik Müsavata 30 gün vaxt verib.

"Bizə göndərilən məktubda qeyd edilir ki, təqdim olunan 5212 nəfərlik siyahıda 2766 nəfər haqqında məlumatlar düzgün qeyd edilmədiyindən dəqiqləşdirilməlidir, 250 nəfər telefon zənginə cavab olaraq partiya üzvü olmadığını bildirib, 11 nəfər barədə məlumatlar təkralanıb. Bütün bu problemləri həll etmək üçün partiyaya 30 gün vaxt verilir. 

Partiya üzvləri haqqında məlumatda hansı qüsurların olması, telefon nömrəsi olmayan və ya şəxsi məlumat kimi şəxsi telefon nömrəsini verməmək hüququndan istifafə edənlərlə bağlı məsələləri hüquq müstəvisində müzakirə edib, həll edəcəyik. 

Bu da yetərli olmasa, daha bir neçə min Müsavat üzvünün siyahısı Ədliyyə Nazirliyinə təqdim olunacaq", - deyə Arif Hacılı qeyd edib. 

Share on Facebook