Yəhya Allahverdiyev "Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.
Sozcu.az Report-a istinadən xəbər verir ki, hazırda "Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı"nın sədr vəzifəsini müvəqqəti olaraq cəmiyyətin sədr müavini Qəzənfər Şıxəliyev icra edir.
Qeyd edək ki, Yəhya Allahverdiyev "Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri vəzifəsinə 2020-ci il martın 6-da təyin edilib.