NATO-ya çağırış: Belqradı bombalayın!

NATO-nun Avropa İnkişaf Komitəsinin sədri Günter Felinger Şimali Atlantika Alyansını Serbiyaya zərbə endirməyə çağırıb.

Sozcu.az xəbər verir ki, o, müvafiq çağırışı X sosial şəbəkəsində yayıb.

"Serblərin Kosovaya qarşı müharibəsi Banskda başladı. Mən NATO-nu dərhal Serbiyaya qarşı müdaxilə hazırlamağa çağırıram. Belqradı elə indi bombalayın!" - o bildirib.

Eyni zamanda, Felinger baş verənlərdə Rusiyanın əli olduğunu iddia edib.

Qeyd edək ki, Kosova Baş naziri Albin Kurti sentyabrın 24-nə keçən gecə saat 3:00 radələrində regionun şimalındakı Leposaviç bələdiyyəsinin Banska kəndi yaxınlığında naməlum şəxslərin Kosova polis əməkdaşlarına atəş açdığını bildirmişdi. Kosova Prezidenti Vyosa Osmani hücumda “serb cinayətkar dəstələrini” günahlandırıb.

Share on Facebook