Bu barədə redaksiyamıza şikayət daxil olub.
Şikayətdə bildirilir ki, Müşfiqabadda məcburi köçkünlər üçün salınan Pereşükül qəsəbəsində 4 gündür su təminatı dayandırılıb.
Bəs görəsən səbəb nədir? Mövzu ilə bağlı sakinlərin şikayəti əsasında Azərsu Açıq Səhmdar Cəmiyyətinə müraciət etdik.
Moderator.az- a bildirildi ki, sözügedən ərazidə texniki problem yaranıb:
“Magistral içməli su xəttinin Zarat qəsəbəsindən keçən hissəsində çökmə baş verdiyinə görə, təmir işləri aparılır. Bu səbəbdən Z.Tağıyev, Müşfiq, 28 may, Güzdək qəsəbələrinə su təchizatı dayandırılıb.
Hazırda qəzanın aradan qaldırılması istiqamətində işlər görülür”.