Müsavat Məclisinin sessiyası keçirildi

Martın 11-də Müsavat Partiyası Məclisinin növbəti sessiyası keçirilib.

Toplantıda əvvəlcə qardaş Türkiyədə baş verən zəlzələdə həyatını itirən soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Partiyanın başqanı Arif Hacılı geniş məruzə ilə çıxış edib.

Başqan çıxışında ötən sessiyadan sonra partiyanın gördüyü işlər, qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib, siyasi məhbuslar məsələsinə toxunub.

Arif Hacılı ölkədə və dünyada baş verən mühüm siyasi məsələlərin geniş təhlilini aparıb, hakimiyyətin vətəndaş cəmiyyəti və müxalif partiyalara qarşı çirkin siyasətini kəskin tənqid edib. O, Azərbaycanda və dünyada baş verən siyasi proseslərdən, bunun ölkə siyasətinə təsirindən danışıb. Partiya üzvlərinə müvafiq tapşırıqlar verilib.

Sessiyada İsa Qəmbər, Gülağa Aslanlı, Zakir İsmayıl, Nemət Kərimlıi, Səxavət Soltanlı, Limunət Əmrahlı, Azər Əsgər, Başxanım Abbaslı, Razim Əmiraslanlı çıxış ediblər.

Yığıncaqda Qubadlı və Salyan rayon təşkilatlarında keçirilən ümumi yığıncaqlar haqqında məlumat verilib, Əbdül Əbdülovun və Kərim Ağarzanın Məclis üzvü səlahiyyətləri təsdiqlənib

Sonda cari məsələlər müzakirə olunub.

Könül Alı

Foto Mehman Kərimli

Basta

956482ff052497f1b1f5c71800cc35e3.jpg

f0ff2cd3e36a8a856a9398d76cc02974.jpg

8d4a1ddbb9ace8f4fdf7cbf1c5af681b.jpg

Share on Facebook