Müharibə 2034-cü ilədək uzanacaq - Zalujnı

Mövcud hərbi strategiya dəyişməz qalsa, Rusiya ilə Ukrayna arasında müharibə 2034-cü ilə qədər uzana bilər.

Sozcu.az xəbər verir ki, bunu Ukrayna ordusunun keçmiş baş komandanı, ölkənin Böyük Britaniyadakı səfiri Valeri Zalujnı deyib.

Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi yeni mərhələyə - tükənmə mərhələsinə qədəm qoyub:

“Ukrayna müharibənin yeni mərhələsinə qədəm qoyub, uzunmüddətli müdafiənin qayğısına qalmasaq, silahlı qarşıdurma onilliklərlə davam edə bilər. Ukrayna müdafiə strategiyasını və resursların səfərbər edilməsinə yanaşmalarını dəyişməsə, müharibə 2034-cü ilə qədər davam edə bilər”.

Share on Facebook