Moskvada konsert zalında atəş açılıb, 40 nəfər ölüb, 100 nəfər yaralanıb - YENİLƏNİB

Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində baş vermiş silahlı hücumda 40 nəfər ölüb, 100-dən çox yaralanan var.

Sozcu.az xəbər verir ki, bu barədə “112” teleqram kanalı məlumat yayıb.

21:29

Rusiyanın Moskva oblastının Krasnoqorsk şəhərində yerləşən “Krokus Siti Holl”da insanlara atəş açılıb.

Sozcu.az xəbər verir ki, bu barədə “Ostorojno, novosti”, “Baza” və “Mash” teleqram kanalları bildirib.

"Baza"nın məlumatına görə, hadisə nəticəsində 12 nəfər ölüb, 35 nəfər yaralanıb.

Şahidlərin sözlərinə görə, naməlum şəxs avtomat silahdan insanlara atəş açmağa başlayıb. Hazırda ərazidə genişmiqyaslı yanğın başlayıb.

Share on Facebook