Moskva vilayətində terror aktında ölənlərin sayı 70-ə çatıb

İlkin məlumata görə, "Crocus City Hall"da törədilən terror aktı nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb. 

Sozcu.az xəbər verir ki, "Crocus City Hall"ın tualetlərindən birində 10-dan çox cəsəd tapılıb. Bundan başqa, yeməkxanalarda və təmizləyicilərin avadanlıqların saxladığı otaqlarda da cəsədlər aşkar edilib.

Onlar gizləndikləri yerdən yaxınlarına zəng vuraraq harada olduqlarını, tüstüdən boğulduqlarını deyiblər. Lakin alovun şiddətindən yanğınsöndürənlər onları vaxtında çıxara bilmədiklərinə görə tüstüdən boğulub həlak olublar.

Məlumatda qeyd olunur ki, insanlar atışmadan sonra terrorçulardan qorunmaq üçün orada gizləniblər. 

Qeyd edək ki, terror aktı nəticəsində yaralananların sayı 147 nəfərdir. 

Share on Facebook