Moldovada seçki bitdi, xalq qərarını verdi

11:04

Moldovanın Avropa Birliyinə daxil olub-olmamaqla bağlı keçirilən referendumda nəticələr dəyişib.

Sozcu.az xəbər verir ki, ölkənin Mərkəzi Seçki Komissiyası bülletenlərin 98,33%-nin sayılmasından sonra AB-yə “hə” deyənlərin 50,03%, "yox" deyənlərin isə 49,97% olduğunu elan edib.

Səslər arasında olan cüzi fərq (756 səs) nəticələrin dəyişə biləcəyi ehtimalını saxlayır.

Qeyd edək ki, bülletenlərin 54%-i sayıldıqdan sonra AB əleyhdarları 55 faizlə tərəfdarları üstələyirdi.

Xatırladaq ki, ötən gün Moldovada prezident seçkiləri də referendumla birgə keçirilib. Prezident seçkilərində hazırkı prezidenti Maya Sandu səslərin 97,8%-nin sayılmasından sonra 41,84%-lə liderdir, onun əsas rəqibi, keçmiş baş prokuror Aleksandr Stoyanoqlo isə 26,35% səs toplayıb.

***

Moldova Mərkəzi Seçki Komissiyası səslərin 100 faiz sayıldığını bəyan edib.

Referendumda səs verənlərin 50,46%-i Moldova Konstitusiyasına AB-yə daxil olmaq kursunun dönməzliyi ilə bağlı dəyişiklikləri dəstəkləyib, 49,54%-i əleyhinə olub.

Share on Facebook