Moldova prezidenti Maya Sandu Qaqauziya muxtariyyətinin yeni rəhbəri Yevgeni Qutsulu cinayətkar qruplaşma ilə əlbir olmaqda ittiham edib.
Sozcu.az “Moldpress”ə istinadla xəbər verir ki, o, Qutsulun andiçmə mərasimində iştirak etməmək qərarını bu halla izah edib.
“Seçki kampaniyası zamanı cinayətkar qrup tərəfindən dəstəklənən şəxsin andiçmə mərasiminə getməyi düzgün hesab etmədiyim üçün Komrata getmədim” - Sandu bildirib.
O, həmçinin bildirib ki, Qutsulun andiçmə mərasimində iştirak etməyi səhv hesab edir, çünki Qaqauziyanın yeni rəhbəri Moldovada qadağan olunmuş partiyanın (ŞOR) üzvüdür.