Minik maşını avtobusla toqquşdu - Yaralı var

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.

Sozcu.az-ın məlumatına görə, hadisə şəhərin Bakı prospektində qeydə alınıb.

Hərəkətdə olan minik avtomobilinin avtobusla toqquşması nəticəsində sürücülərdən biri xəsarət alıb. Yaralı təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Qəza zamanı avtomobillərə ciddi ziyan dəyib.

Share on Facebook