Mingəçevirdə öldürülən şagirdlə bağlı yeni məlumat

Dünən Mingəçevirdə şagirdin ölümü ilə nəticələnən hadisə haqda yeni təfərrüat məlum olub.

Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, bıçaqlanaraq qətlə yetirilən 2008-ci il təvəllüdlü Elman Etibar oğlu Sarıyev əvvəllər şəhərin 1 saylı orta məktəbində təhsil alıb.

O, 10-cu sinifdən etibarən 17 saylı orta məktəbə köçürülüb. Elman ailədə iki qardaşdan biri olub.

Hadisəni törətməkdə şübhəli bilinən Cavidan Əliyev isə 6 saylı orta məktəbin 9-cu sinif şagirdidir. Onun anasının müəllimə olduğu bildirilir.

Hadisənin başvermə səbəbi ilə bağlı müxtəlif versiyalar səsləndirilir. İlkin məlumatlara görə, hadisədən bir qədər əvvəl tərəflərin çayxanada bir yerdə olduqları deyilir.

Share on Facebook