Müğənni Mətanət Əsədova efirdə kövrəlib.
Sozcuaz xəbər verir ki, o, “A-dan Z-yə” verilişində valideynlərindən söz açaraq ağlayıb:
“Ana-ata elə bir qüdrətdir ki, doymursan. Anam gözəl təqdimatlarımı, xoş günlərimi görmədi, “şişə-şişə” getdi…
Allah yerdə qalanlara can sağlığı versin. Ana-atamı tez itirdim. Məni o qədər incidiblər, əziblər ki, ona görə də göz yaşlarımı saxlaya bilmirəm. Nə var, nə dövlət, sadəcə şirin dil, xoş baxış, gözəl davranış istəyirəm…”