Messinin ailəsinə məxsus supermarketə silahlı hücum oldu

Argentinalı ulduz futbolçu Lionel Messinin həyat yoldaşı Antonela Rocuzzonun ailəsinə məxsus supermarketə naməlum şəxslər hücum edib.

Sozcu.az xəbər verir ki, Messi və həyat yoldaşının ailəsinin də yaşadığı bölgənin Rosario şəhərində bir qrup narkotik alverçisi ailəyə məxsus "Unico supermarket" şəbəkəsinə hücum edib.

Saat 03.20-də supermarketin qapısına atəş açan silahlılar Messiyə təhdid mesajı buraxıblar.  

"Messi, səni gözləyirik", - deyə mesajda qeyd olunub. 

Hadisə ilə bağlı ətraflı açıqlama verməyən polislər hücuma aydınlıq gətirmək üçün araşdırmalara başladığı bildirilib.

Share on Facebook